Bioqrafiya

Ziyafət Yaqubova
(aftobioqrafık məlumat)

Deyirlər ki, xanımlardan yaş soruşmazlar... Biz bu fıkri dəstəkləyirik. Elə bu səbəbdən də, gözəl səsə malik olan Ziyafət xanım Yaqubovanm yaşmı, doğum tarixini qeyd etmirik. Ona görə yox ki, bu faktı gizlətmək istəyirik, sadəcə buna ehtiyac duymuruq, çünki o, sözün əsl mənasında xanımdır, həm də çox istedadlı. Məhz bu istedadı özündə aşkar edən Ziyafət xamm 1989-cu ildə Asəf Zeynallı adma Musiqi Texnikumuna daxil olur. Orada o, əməkdar artist Nəriman Əliyevdən muğam sənətinin sirlərini öyrənir. Qeyd edək ki, təhsil alarkən, o eyni zamanda Muğam Teatrmda da çalışıb. Həmin teatrda Ziyafət xanım ustad İslam Rzayevin rəhbərliyi altmda həm çalışıb, həm də təcrübə toplayıb.

Beş il sonra o, Azərbaycan Dövlət Konservatoriyasmm muğam -xanəndə fakültəsinə daxil olur. Burda da o, İslam Rzayevin tələbəsi olur. 1 il təhsil aldıqdan sonra ailə həyatı qurur və bununla əlaqəli olaraq xaricdə yaşayır. Vətən həsrəti ilə yaşayan sənətçi 2 il sonra Azərbaycana qayıdır. Daim onu və onun istedadmı dəstəkləyən, ona dayaq duran ustadı İslam Rzayevin inadıyla o, təhsilini davam etdirir.

2004-cü ildə Ziyafət Yaqubovanın ilk albomu işıq üzü görür. "Məhəbbət necə varsa" adlı alboma Elza İbrahimovanın, Ələkbər Tağıyevin, Şəfıqə Axundovanm, Bəxtiyar Kərimovun və bir çox başqa bəstəkarlarm bəstələrinə yazılan və ifa edilən musiqilər daxil olur. İlk klipini isə Ziyafət xanım Ramiz Mirişlinin musiqisinə çəkdirir. "Qızlar bulağı" adlanan bu klipin rejissoru Məmmədağa oldu.

Daha sonra bir çox musiqilər yazıldı, kliplər çəkildi. Son dəfə çəkilən klip isə "Bu sevgi" adlanır. Klipin rejissoru-Şahin Z.Z. Xanımlara kaprizlik xas olduğu kimi, Ziyafət xanım da bəzən kaprizli ola bilir. Amma o, bu xüsusiyyəti iş prossesində kənara çəkməyə çalışır. Çünki, onun fıkrincə, hər işin öz peşəkarı var. Odur ki, sənətçi rejissor və prodüser işlərinə çox müdaxilə etməyi sevmir.

2009-cu ilin may ayında onun 2-ci albomu işıq üzü görür. Son vaxtlar çox populyar olan "Əlimi burax" mahmsmm adıyla həmən albomu adlandırır. Qeyd etmək lazımdır ki, bu mahnı onun sənət fəaliyyətində böyük bir çevriliş etdi. Xanəndə xanım artıq bir çox maraqlı üslublarda və oranjimanlarda yeni mahnılar ifa etdi. Gövhər Həsənzadənin "Əlimi burax" mahnısmdan başqa Sədaqət Arif qızmm, Arif Səlimovun, Elvin Musayevin, Elza İbrahimovanın, Sevinc Abdullayevanm, Əli Təcvidinin, Aslan Hüseynovun bəstələri, Baba Vəziroğlunun, Dilarə Şahidin, Orxanm, Ramiz Heydərin, Bəxtiyar Vahabzadənin, Zemfıra Əlişqızmm, Maini Kermanşahinin sözlərinə yazılan mahnılar bu alboma daxil edilib.

Yeni mahnılar, yeni obrazlar, müsbət enerji və daim yenilik axtarışı onun həyat prinsipidir. Belə yeniliklərdən biri də "Qoyma məni tənha qalım" adlı mahnı oldu. Bəstəkar Sədaqət xanım Arif qızı və söz müəllifı Zemfıra Əliş qızı Ziyafət xanımın ifasından çox razı qaldılar. Dinləyicilər və tamaşaçılar da bu fıkirlə razılaşdılar, çünki bu sadəcə ifa deyil, bu tənhalıqdan qorxan xanımm daxili səsidir.

Gələcək planlardan söz açarkən, qeyd etmək lazıır ki, Ziyafət xanı Yaqubova gələcəkdə öz solo konsertinin reallaşmasım arzulayı.

Amma bu sadəcə arzular deyil, çünki öz məqsədinə çatmaq üçün Ziyafət xamm əlindən gələni əsirgəmir:

"Solo konsert hər bir sənətçinin, sənətkarm arzusu, məqsədi olmahdır. Amma bununla bərabər hər birimiz düşünməliyik ki, xeyriyyə aksiyalarıda iştirak etmək bizim borcumuzdur. Ona görə mən heç bir zaman belə aksiyalardan, tədbirlərdən boyun qaçımıam və boyun qaçıan sənət dostlanma məsləhət edirəm ki, bizə ehtiyac duyulan yerlərə getsinlər. Çünki sənət xalqa məxsusdur" -Ziyafət Yaqubova.

GreenGraph.co.uk tərəfindən hazırlanıb